İqtisadiyyat

Bu il ABŞ-ın dövlət borcu 1,4 trln. dollara yaxın artıb

15 Dekabr 2018 19:32
0 Şərh     Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ildə ABŞ-ın dövlət borcunun artım tempi 2012-ci ildən bəri ən yüksək həddə ola bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

Məqalədə qeyd olunub ki, Donald Trampın ABŞ-a rəhbərlik etdiyi 2 il ərzində ölkənin dövlət borcu 1,9 trln. dollar artaraq 22 trln. dollara yaxınlaşıb. Bunun 1,36 trln. dollarlıq hissəsi 2018-ci ilin payına düşüb ki, bu da ilin əvvəli ilə müqayisədə dövlət borcunun 6,6% artması deməkdir.

Proqnozlara görə, D.Trampın ABŞ prezidenti olacağı müddətdə dövlət borcu ümumilikdə 4,4 trln. dollar artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.