İqtisadiyyat

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiyada səfərdədir - FOTO

13 Dekabr 2018 16:39
Baxış: 1 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Rusiyada səfərdədir.

Milli.Az bildirir ki, agentlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bir sıra görüşlər keçirib.

Moskva Meriyasının Xarici iqtisadi və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Yevqeniy Dridze ilə keçirilmiş görüşdə KOBİA-nın fəaliyyəti, kiçik və orta sahibkarlığa göstərilən dəstək mexanizmləri barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib. Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşəbbüsü ilə təşkil olunmuş görüşdə Rusiyada təhsil alan azərbaycanlı tələbələr də iştirak edib və tədbir çərçivəsində onları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası arasında bu ilin sentyabrında imzalanmış Yol Xəritəsinə uyğun olaraq, Rusiya və Azərbaycan iş adamlarının iştirakı ilə görüş keçirilib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun, Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının icraçı direktoru Aleksandr Bravermanın, eləcə də AZPROMO və "Təmiz Şəhər" ASC-nin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə kiçik və orta sahibkarlıq sahəsində əlaqələrin genişləndirilməsi, bu istiqamətdə birgə layihələrin reallaşdırılması məsələləri müzakirə edilib. Tədbir çərçivəsində kənd təsərrüfatı, tikinti, İKT, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən Azərbaycan və Rusiya iş adamları arasında yeni əlaqələrin qurulmasına, əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb, Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası tərəfindən seminar təşkil olunub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.