İqtisadiyyat

BP “Azəri-Çıraq-Günəşli” yatağında hasilat proqnozlarını açıqlayıb

13 Dekabr 2018 17:24
0 Şərh     Baxış: 1 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"2019-cu ildə "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda hasilatı builki səviyyədə saxlamaq planlaşdırılır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "BP Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O, həmçinin AÇQ yatağında "Mərkəzi Azəri" və "Qərbi Çıraq" platformalarının fəaliyyətindən danışıb.

Onun sözlərinə görə, gələn ilin ikinci rübündə "Mərkəzi Azəri", oktyabr ayında isə "Qərbi Çıraq" platformasında profilaktika işləri ilə əlaqədar bu platformaların fəaliyyətinin dayandırılması planlaşdırılır.

Qeyd edək ki, AÇQ yatağında bu ilin ilk üç rübü ərzində orta sutkalıq hasilat 588 min barrel təşkil edib. Ümumilikdə, 9 ay ərzində blokdan 22 milyon tondan çox neft hasil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.