İqtisadiyyat

İranda elektrik enerjisi istehlakı əhali artımından 8 dəfə çox artıb

13 Dekabr 2018 08:53
0 Şərh     Baxış: 1 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda inqilabdan sonra orta hesabla ildə elektrik enerjisi istehlakı 5,5%-dən çox artıb. Əhali artımı və elektrik enerjisi istehlakının artımı müqayisə edildikdə, elektrik istehlakı əhali artımından 8 dəfə çox olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Energetika Nazirliyinin elektrik istehsalı strategiyası və nəzarət idarəsinin baş direktoru Məhəmməd Əli Fərəhnakian deyib.

Onun sözlərinə görə, 30-40 il ərzində ölkədə enerji istehlakı yüksəlməkdə olub: "İnqilabdan sonra İranın pik elektrik enerjisi istehlakı təxminən 3600 meqavat olub. Halbuki bu rəqəm cari ildə (21 mart 2018-dən başlayaraq) 57 min meqavatı da keçib".

Nazirliyin baş direktoru əlavə edib ki, inqilabdan sonra əhali artımı 2,5 dəfə olubsa, elektrik enerjisi istehlakı 7 dəfə artıb: "Bundan əlavə, adam başına elektrik enerji istehsalı da elə bu həcmdə artıb. Beynəlxalq Enerji Agentliyinin 2017-ci il statistikasına əsasən İran elektrik istehsalı obyektləri baxımından dünyada 14-cü, Yaxın Şərq və Qərbi Asiyada 1-ci yeri tutur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.