İqtisadiyyat

"Alternativ enerjilərə investisiya üçün uzunmüddətli perspektivlər olmalıdır" - İranlı ekspert

13 Dekabr 2018 08:43
Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Enerji sektorunda yerli və ya beynəlxalq investisiyanı cəzb etmək istəyən ölkə investorlar üçün uzunmüddətli perspektiv yaratmalıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə investisiya, maliyyə və iqtisadiyyat məsələləri üzrə iranlı ekspert Peyman Mövləvi bildirib.

Ekspert deyib: "İranda enerji sektorunda istehlak həcmini nəzərə aldıqda investisiyaya imkan vardır. Bunun üçün həm İranda, həm də qonşu ölkələrdə bu sektora böyük tələbat vardır. Əsas məsələ isə uzunmüddətli perspektivin olmasıdır".

Onun sözlərinə görə, İranda investisiya cazibəliklərindən biri enerji sektorunda investisiyadır.

İranlı ekspert deyib: "Fikrimcə, İranın ideal vəziyyətlə məsafəsi çoxdur. Mövcud potensiallara görə, enerji sektoruna yatırılan investisiya bir neçə dəfə çox olmalıdır. Lakin bu sahədə bir sıra səbəblər vardır. Onlardan biri beynəlxalq səviyyədə sanksiyaların tətbiq edilməsidir. Xarici investorlar bu sahədə aktiv iştirak edə bilmirlər. Başqa bir səbəbi isə uzunmüddətli perspektivlə əlaqədardır. Nəticədə yerli investorlar enerji sektoruna ciddi şəkildə yanaşmırlar. Hökumət tərəfindən yaxşı şərait yaranarsa, yerli investorlar bu sahəyə maraq göstərə bilərlər".

Mövləvi qeyd edib ki, enerji sahəsində beynəlxalq hesabatlara əsasən İranın alternativ bərpa oluna bilən enerjilər sahəsində potensialı çox yüksəkdir: "Belə ki, bir çox alternativ enerjidən, o cümlədən günəş panellərindən istifadə etmək mümkündür. Çünki İranın 270 gündən çox günəşli günü vardır. Külək enerjisindən İranın Gilan vilayətində Məncil, Qəzvin vilayətində Qəzvin və Takestan, geotermal enerjisindən İranın Azərbaycan vilayətlərində istifadə etmək mümkündür. Dalğa enerjisinə gəlincə, İranın böyük ölçüdə su sərhədləri olduğuna görə, bunları dəyərləndirmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.