İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

11 Dekabr 2018 23:28
0 Şərh     Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 10-u 62,73 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,81 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 10-u 61,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,84 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 10-u 57,42 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,86 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 10-u 60,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,53 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.