İqtisadiyyat

"Wood Mackenzie": Hasilatın azaldılması neftin qiymətinin 70 dollar/barrelə yüksəlməsinə səbəb olacaq

12 Dekabr 2018 07:00
0 Şərh     Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neft hasilatının azaldılması qiymətin 70 dollar/barrelə çıxmasına səbəb olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri OPEC və OPEC+ ölkələrinin neft istehsalını sutkada 1,2 milyon barrel azaltmasını şərh edərkən mərkəzi ofisi Şotlandiyada yerləşən "Wood Mackenzie" araşdırma və konsaltinq şirkətinin neft araşdırmaları bölməsinin sədr müavini Ann-Louise Hittle deyib.

O bildirib: "Xam neft istehsalının azaldılması gələn ilin üçüncü rübündə qlobal neft bazarını möhkəmləşdirərək "Brent" markalı neftin bir barrelinin qiymətinin 70 dollara yüksəlməsinə səbəb olacaq. OPEC üzrə ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı uzunmüddətli perspektivdə qlobal neft bazarını idarə etməyi, qiymətin sərt enməsinə və ya yüksəlməsinə maneə olmağa çalışır. Bununla da Səudiyyə Ərəbistanı qlobal tələbatını və sənayedəki neft tədarükünü qorumaq məqsədi güdür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.