İqtisadiyyat

OPEC+ İran və İraqı komitəyə qoşulmağa dəvət edib

8 Dekabr 2018 08:40
0 Şərh     Baxış: 545

OPEC+ ölkələri nazirlərinin monitorinq komitəsi İran və İraqı quruma qoşulmağa dəvət edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu OPEC prezidenti, BƏƏ-nin energetika naziri Süheyl əl-Mazrui deyib.

"Biz komitədə yeni üzv dövlətlər görə bilərik, bəziləri isə onu tərk edə bilər. Bildiyiniz kimi, OPEC prezidenti həmişə komitəyə qoşulur, indi isə (2019-cu ildən) bizdə artıq komitənin tərkibinə daxil olan yeni prezident olacaq - Venesuela. Odur ki, biz İran və İraq kimi bir sıra ölkələrə komitəyə daxil olmağı nəzərdən keçirməyi təklif etmişik. Lakin biz hələ ki, bu ölkələrin komitəyə qoşulmağa nə zaman maraq göstərəcəklərini gözləyirik", - deyə əl-Mazrui bildirib.

Bundan əvvəl OPEC-ə üzv ölkələr gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.