İqtisadiyyat

Azərbaycanın "Filizçay"dan gəlirləri 10 milyard manat həcmində proqnozlaşdırılır

7 Dekabr 2018 19:36
1 Şərh     Baxış: 1 154

Avropanın ən böyük polimetal yatağı "Filizçay"da həyata keçirilən işlərdən təxminən 10 milyard manat gəlir əldə ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, əvəllər bu yatağın işlənməsindən gəlirlərin 6 milyard manat olduğu deyilirdisə, son tədqiqatlar vəsaitin çox ola biləcəyini göstərib.

QSC sədrinin sözlərinə görə, yataqda mis, qurğuşun, sink və gümüş ehtiyatları mövcuddur.

Qeyd edək ki, ilkin qiymətləndirmə sənədinin işlənməsi "SRK Consulting" beynəlxalq konsaltinq şirkətinə tapşırılıb.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    AZƏRBAYCAN VƏTƏNDAŞI · 8 Dekabr 14:1520

    AZƏRBAYCAN RESPUBLİKASININ TORPAĞININ ALTI ÜSTÜ SƏRVƏTDİR CIXARDIB BUNU XALQIN İNKİŞAFINA SƏRF ETMƏK LAZIMDIR.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.