İqtisadiyyat

Tehran OPEC+ çərçivəsində neft hasilatını azaltmayacaq

6 Dekabr 2018 08:38
0 Şərh     Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın sanksiyaları altında olan İran OPEC+ formatı çərçivəsində hasilatın razılaşdırılmış şəkildə azaldılmasında iştirak etməyəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu jurnalistlərə OPEK-in nazirlər konfransında iştirak etmək üçün Vyanaya gedən İslam Respublikasının neft naziri Bijan Namdar Zanqane deyib.

"Sanksiyalar ləğv olunmayınca, biz gələcəkdə hasilatın azaldılması kvotası ilə bağlı istənilən qərardan kənarda qalmalıyıq", - deyə o bildirib.

Zanqane hasilat səviyyəsini açıqlamayıb, çünki, onun sözlərinə görə, bu, ABŞ tərəfindən İrana qarşı təzyiq üçün səbəb ola bilər.

"Əgər onlar [ABŞ] OPEC vasitəsi ilə İrana təzyiq göstərmək istəyirlərsə, bu, qeyri-peşəkar davranışdır və deməliyəm ki, OPEC ABŞ-ın Energetika Nazirliyinin bir hissəsi deyil ki, Birləşmiş Ştatlardan da nə etməli olduğu barədə təlimat alsın", - deyə o bildirib.

Monitorinq Komitəsinin Vyanada keçirilən iclasında alyans üzvlərinə 2019-cu ilin birinci yarısında hasilatı azaltmaq tövsiyə olunub. Burada söhbət hasilatın sutkada təqribən 1 milyon barel azaldılmasından gedir. Cümə axşamı OPEC, cümə günü isə qeyri-OPEC ölkələri bu təklifi nəzərdən keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.