İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

4 Dekabr 2018 23:43
0 Şərh     Baxış: 1 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 63,23 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 2,1 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 61,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 3-də 57,98 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 2,71 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 3-də 60,35 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,05 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.