İqtisadiyyat

Virtual pullar bazarında QİYMƏTLƏR? - BİTKOİN ÇÖKÜR

16 Noyabr 2018 08:49
0 Şərh     Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ötən ilin oktyabrından bəri ən aşağı həddə düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bitkoin 5,6 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 11,52% azalaraq 5,623 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti daha kəskin ucuzlaşıb.

Belə ki, "Ethereum" 14,33% və ya 176,97 dollaradək, "Ripple" 10,28% (0,4565 dollara qədər), "Bitcoin Cash" isə 18,04% (428,77 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 183,74 milyard dollar təşkil edir və bunun 53% faizi bitkoinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.