İqtisadiyyat

Azərbaycan nefti bahalaşıb

13 Noyabr 2018 23:51
0 Şərh     Baxış: 1 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 12-də 72,15 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,2 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 12-də 71,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,34 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 12-də 67,27 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,61 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 12-də 69,02 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,06 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.