İqtisadiyyat

Qiymət "ölür" - Neft ölkələrini şokdan nə xilas edə bilər?

13 Noyabr 2018 17:21
1 Şərh     Baxış: 1 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öncədən proqnozlaşdırığımız kimi, "Brent" markalı neftin bir bareli hazırda 70 dollarlıq psixoloji həddindən aşağı təklif edilir. Birjalarda qara qızılın hər barelinə 69,40 dollar ödənilir.

Milli.Az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, şist neftinin hasilatını artıran ABŞ gündəlik 12 milyon bareldən çox hasilat ilə dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib: "Digər tərəfdən, ABŞ-ın növbəti 6 ayda İran neftinin ixracatına tətbiq edilən sanksiyalarda 8 ölkəyə yaşıl işıq yandırması neft bazarında qiymətlərə birbaşa təsir göstərdi. ABŞ Prezidenti bu addımı neftin dünya bazar qiymətindəki potensial artımların qarşısının alınması üçün etdiyini bildirib. Nümayəndələr Palatasında üstünlük əldə edən demokratlar da yüksək neft qiymətlərində heç zaman maraqlı olmayıblar. Bu arada analtik Cim Kramer (Jim Cramer) CNBC kanalına müsahibəsində "Texas" markalı neftin hər barelinin qiymətinin 40, "Brent" markalı qara qızılın qiymətinin 50 dollaradək düşə biləcəyini deyib. Rusiya ilə yanaşı bir sıra digər ölkələrdə də neft hasilatının artması müşahidə edilir. Çin birjası isə bahalı neft siyasətinə artıq reaksiyasını göstərib".

Ekspertin fikrincə, bütün bunlar ondan xəbər verir ki, artıq neft ölkələri üçün bum dövrü geridə qalıb: "Parisdə yerləşən Beynəlxalq Enerji Akademiyasının rəhbəri yeni şoklardan yayınmaq üçün neft ölkələrini qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmağa çağırıb. Elektrik avtomobillərinin qlobal bazarda möhkəmlənməsi faktı nəzərə alınmaqla bu gün dünya neft bazarındakı dəyişikliklər məhz yüksək neft qiymətlərində qlobal güclərin maraqları olmadığından xəbər verir. Hətta Səudiyyə Ərəbistanın neft hasilatının azaldılması ilə bağlı çağrışı da tərəfdaşları tərəfindən tam dəstək qazana bilmir. Hər hansı ciddi siyasi faktorlar olmaza, o zaman 2019-cu ildə də yüksək neft qiymətləri sadəcə istək olacaq. Bu isə o deməkdir ki, neft ölkələrində yaxın gələcəkdə potensial xarici şokları yalnız qeyri-neft sektorunun inkişafı balanslaşdıra bilər".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.