İqtisadiyyat

Almaniyanın iri neft-qaz şirkəti İranda fəaliyyətini dayandırdı

13 Noyabr 2018 14:01
0 Şərh     Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Wintershall" neft-qaz şirkəti sanksiyalara görə İranda fəaliyyətini dayandırıb.

Milli.Az report-a istinadən bildirir ki, bunu şirkətin Direktorlar Şurasının üzvü Martin Baxman bildirib.

Qeyd edək ki, 1894-cü ildə yaradılan "Wintershall Holding GmbH" Almaniyanın iri neft-qaz şirkətidir. Onun mərkəzi ofisi ölkənin Hessen torpağının Kassel şəhərində yerləşir. "Wintershall Holding GmbH" 100 faiz Almaniyanın "BASF" neft-qaz kəşfiyatı və hasilatı şirkətinin törəmə müəssisəsidir.

Xatırladaq ki, ABŞ noyabrın 5-dən İrana qarşı sanksiyanın ikinici mərhələsini tətbiq etməyə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.