İqtisadiyyat

Venesuela OPEK-ə öz kriptovalyutasını təqdim edəcək

8 Noyabr 2018 08:28
2 Şərh     Baxış: 504

Venesuela hakimiyyəti OPEK ölkələrinə özünün "petro" kriptovalyutasını hesablaşma vasitəsi kimi təqdim edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin neft sənayesi naziri Manuel Kevedo bildirib.

M.Kevedo deyib: "Biz OPEK-də 2019-cu ilin birinci rübündə "petro"nu dünyada neft ticarəti üçün valyuta kimi təqdim edəcəyik <...> biz bütün məhsullarımızı bu kriptovalyuta ilə satacağıq".

Qeyd edək ki, "petro"nun satışları fevral ayında başlayıb. Venesuelanın kriptovalyutasının qiyməti ölkədə hasil olunan neftin bir barrelinə bərabərləşdirilib və 60 dollara yaxın təşkil edir.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Kserks · 10 Noyabr 11:0500

    Fufulo bos seydir.

    Cavab yaz
    • Anonim
      Kserks · 10 Noyabr 11:3200

      Petrodansa, Fransanin PSJ futbol kulubunun kriptovalyutasi daha deyerli, mohkem ve sabit olacaq.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.