İqtisadiyyat

"Brent" markalı neftin qiyməti 72 dollardan aşağı düşüb

6 Noyabr 2018 23:32
0 Şərh     Baxış: 415

"Brent" markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti avqustun 20-dən bu yana keçirilən hərraclar zamanı ilk dəfə olaraq 72 dollardan aşağı düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, Bakı vaxtı ilə saat 19.47-yə olan vəziyyətə görə, "Brent"in yanvar fyuçerslərinin qiyməti 1,53% azalaraq bir barelə görə 72,05 dollar təşkil edib. Bir dəqiqə əvvəl isə bu göstərici 71,86 dollara düşüb.

WTI markalı yüngül neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 1,36% düşərək 62,23 dollara bərabər olub.

Bundan əvvəl Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,8 dollar və yaxud 1,08% artıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.