İqtisadiyyat

Çin şirkəti Amer Sports-u almaq istəyir

8 Dekabr 2018 21:07
0 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Anta Sports" şirkəti tərəfdaşları ilə birgə Finlandiyanın məşhur idman geyimləri və avadanlığı istehsal edən "Amer Sports" qrupunu 4,6 milyard avroya almaq istəyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şirkət "FountainVest Partners", "Tencent" və "Anamered Investments" firmaları ilə birgə investisiya konsorsiumu yaradaraq, "Amer"in hər bir aksiyasına 40 avro təklif edir. "Wilson", "Arc'teryx", "Salomon" və "Atomic" kimi tanınmış brendlərin sahibi olan "Amer Sports" qrupu dünyada ən çox idman avadanlığı istehsal edən şirkət hesab olunur.

Əgər sövdələşmə baş tutarsa, "Amer Sports" özünün Direktorlar Şurasını saxlamaqla, müstəqil əməliyyatlar həyata keçirə biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.