İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

23 Oktyabr 2018 20:33
0 Şərh     Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 22-də 80,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,41 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 22-də 79,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 22-də 76,64 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,51 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 22-də 80,30 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.