İqtisadiyyat

Nazir müavini: "Azərbaycanda sahibkarlığın inkişafı üzrə kompleks işlər aparılır"

23 Oktyabr 2018 13:12
Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda sahibkarlığın inkişafı və rəqabətqabiliyyətli mühitin yaradılması üzrə kompleks işlər aparılır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "BakuBuild" sərgisinin açılışı zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, ölkədə investisiyalar üçün əlverişli şərait yaradılıb:

"Azərbaycan qeyri-neft sektoruna investisiyaları artırıb. Hazırda ölkə özünü tikinti materialları ilə təmin edir, "BakuBuild" sərgisində "Made in Azerbaijan" brendi altında Azərbaycan şirkətləri təmsil olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.