İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlıq krediti şərtlərini asanlaşdırdı

22 Oktyabr 2018 15:55
Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Real sektorun inkişafına daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı iri korporativ layihələri maliyyələşdirməklə yanaşı, kiçik və orta sahibkarların (KOS) maliyyə vəsaitlərinə çıxış imkanlarını da genişləndirmək üçün KOS kreditlərinin şərtlərində müəyyən dəyişikliklər edib.

Həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar müxtəlif KOS layihələrinin maliyyələşdirilməsi üçün kreditləri Azərbaycan Beynəlxalq Bankından indi daha sərfəli şərtlərlə ala bilərlər: 

Maksimal məbləğ: 5 000 000 AZN (və ya USD/EUR ekvivalentlərində)

Faiz dərəcəsi: AZN-lə 14%, USD və EUR-la 7%-dən başlayaraq

Müddət: 84 ayadək

Azərbaycan Beynəlxalq Bankı sahibkarların arzusundan asılı olaraq kredit borcunun  annuitet, fərdi və yaxud sərbəst ödəniş cədvəli əsasında ödənilməsinə imkan yaradır.

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: "Kiçik və orta sahibkarlıq subyektləri Azərbaycan Beynəlxalq Bankı üçün yeni müştəri seqmentidir. Onların təqdim etdikləri biznes layihələrinin daha əlverişli şərtlərlə maliyyələşdirilməsi siyasətini bundan sonra da davam etdirəcəyik. Sahibkarlara kredit xətlərinin açılması, ekspress-kredit, subsidiyalı (güzəştli) kredit, kənd təsərrüfatına dəstək krediti kimi yeni imkanlarımızı mütəmadi olaraq müştərilərimizlə bölüşəcəyik". 

Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üzrə təqdim etdiyi çeşidli məhsullar barədə daha ətraflı: https://www.ibar.az/az/corporate/loans/short-term-lending/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.