İqtisadiyyat

Türkiyə lirəsi dirçələcək?

22 Oktyabr 2018 11:45
0 Şərh     Baxış: 1 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə-ABŞ münasibətlərindəki dinamikliyi indiki halda Ankara üçün vacib olaraq qalır. ABŞ-la münasibətlərin yaxşılaşması Türkiyə iqtisadiyyatına müsbət psixoloji təsir göstərəcək.

Milli.Az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Türkiyənin xarici ticarət dövriyyəsində təxminən 77 milyard dollara yaxın mənfi saldo var. Bunun da azaldılması vacibdir: "Bununla belə, lirənin məzənnəsində kəskin bahalaşma gözlənilmir. Ancaq bazar Branson hadisəsinə psixoloji reaksiya verməyə başlayıb. Keşiş Bransonun azadlığa buraxılması lirənin məzənnəsində stabilliyə nail olunması baxımından vacib idi. Amma Türkiyə valyutasının məzənnəsində kəskin möhkəmlənmə inandırıcı deyil".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.