İqtisadiyyat

"Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarından sonra OPEK+ sazişi çərçivəsində fəaliyyət göstərəcək"

20 Oktyabr 2018 18:50
0 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın OPEK+ ilə uğurlu əməkdaşlığı iki ildir davam edir və biz bu gün bu kooperasiyanın bəhrəsini görürük.

Milli.Az report-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, Azərbaycan təşkilatın fəaliyyətinə öz töhfəsini verir: "OPEK+ formatında fəaliyyətimiz neft bazarına, qiymətlərin sabitləşməsinə müsbət təsir göstərir, neft sənayesinə yeni lazımi investisiyaların qoyulması üçün yeni vəziyyət yaradır. Bu da bütövlükdə bu sahənin inkişafına dinamiklik verir".

Nazir həmçinin deyib ki, Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra OPEK+ ilə əməkdaşlığı çərçivəsində qəbul olunmuş qərarlara əsasən fəaliyyət göstərəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.