İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

12 Oktyabr 2018 23:07
1 Şərh     Baxış: 1 291

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 11-də 82,45 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 2,69 dollar/barel azdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 11-də 81,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,69 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 11-də 78,65 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 2,68 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 11-də 81,29 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,64 dollar/barel azdır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    QAZAXLI · 14 Oktyabr 18:2110

    HÖRMƏTLİ QARDAŞLAR --SOKAR ŞİRKƏTİ--QAZAX RAYONUNDA SOKAR QAZ --BENZİN ZAPRAVKASI ACSANIZ YAXŞI OLAR AVTOMOBİLLƏRİMİZƏ QAZ DÜZƏLTDİRİB SÜRƏRDİK.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.