İqtisadiyyat

“Qazprom” və SOCAR Azərbaycana qaz tədarükünü müzakirə edib

12 Oktyabr 2018 18:52
0 Şərh     Baxış: 1 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Qazprom" şirkəti ilə SOCAR Azərbaycana təbii qaz tədarükünü müzakirə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Qazprom" məlumat yayıb.

Məlumatda bildirilir ki, bununla bağlı SOCAR prezidenti Rövnəq Abdullayev və "Qazprom"un idarə heyətinin sədri Aleksey Millerin Sankt-Peterburqdakı görüşündə müzakirə aparılıb:

"Qeyd edilib ki, qaz nəqli bərpa edilən vaxtdan - 2017-ci il noyabrın 22-dən indiyə qədər "Qazprom" Azərbaycana 1,15 milyard kubmetr qaz tədarük edib. Tərəflər bu istiqamətdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.