İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

11 Oktyabr 2018 23:47
0 Şərh     Baxış: 711

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 10-da 85,14 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,35 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 10-da 84,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,36 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 10-da 81,33 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,31 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 10-da 83,93 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,28 dollar/barel azdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.