İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şimal-Cənub dəhlizi üçün böyük perspektivlər yaradır

11 Oktyabr 2018 12:55
Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin Antalya şəhərində İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin inkişafına dair səmərəli fikir mübadiləsi aparılıb.

Tərəflər parlamentlər arasında əlaqələrin inkişaf dinamikasını yüksək dəyərləndiriblər. Ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərindən danışılan görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr də aparılıb.

O.Əsədov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şimal-Cənub dəhlizi üçün böyük perspektivlər yaradır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.