İqtisadiyyat

Neftin qiyməti 100 dollara qədər qalxacaq - VİDEO

24 Sentyabr 2018 23:09
0 Şərh     Baxış: 1 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neftin qiyməti ilə bağlı nikbin proqnozlar var. Milli.Az bildirir ki, neft istehsal edən ölkələr cari ilin sonuna doğru neftin qiymətinin 2014-cü ildən sonra ən yüksək həddə çatacağını gözləyirlər.

Blumberq agentliyinin yaydığı məlumatda deyilir ki, neftin qiymətinin qalxması ABŞ-ın sanksiyalari səbəbindən İrandan neft tədarükünün dayandırılması ilə əlaqəli olacaq. Ekspertlərin fikrincə, Amerika tərəfinin tətbiq etdiyi məhdudiyyətlərə görə, bazara bu ilin 4-cü rübündə gündəlik 2 milyon barrel daha az neft daxil olacaq.Bununla yanaşı bazarda İran neftinin alıcıları da hər keçən gün azalır.Bir neçə gün əvvəl Yaponiya İran neftinin alışını tam dayandırıb.

Qiymətin qalxması sanksiyalarla yanaşı əksər neft istehsal edən ölkələrin müxtəli səbəbdən nef hasilatını azaltması ilə bağlıdır.

Ekspert İlham Şaban deyir ki, bu məlumatın yayılması psixoloji cəhətdən də qiymətin yüksəlməsinə səbəb olacaq. Neftin qiymətinin yüksəlməsi neft ixrac edən ölkələr üçün yüksək gəlir vəd edir. Azərbaycan da həmin ölkələr sırasındadır.

Ekspertin sözlərinə görə neftin qiymətinin 100 dollardan yüksək olmasının nə qədər zaman kəsiyində davam edəcəyini proqnozlaşdırmaq çətindir. Çünki bu dünyada gedən və hər an dəyişən siyasi və iqtisadi proseslərlə bağlıdır

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Neftin qiyməti 100 dollara qədər qalxacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.