İqtisadiyyat

Bloomberg: "Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır"

24 Sentyabr 2018 16:00
Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan turistlər arasında sürətlə populyarlıq qazanan istiqamətlər arasında ilk onluqda yer alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının hesabatına istinadən "Bloomberg" agentliyi yazır.

Agentlik qeyd edir ki, Azərbaycanda dünyanın ən iri turizm şirkətlərindən biri "Intrepid Travel" xətti ilə hotel bronlama 322 faiz artıb.

Sürətlə inkişaf edən turizm istiqamətlərinə Türkiyə, Gürcüstan. Makedoniya, İslandiya və digər ölkələr də daxil olub.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana 189 ölkədən 1,325 milyon nəfər səfər edib. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.