İqtisadiyyat

İl ərzində Azərbaycanda Avropa şirkətlərinin sayı təxminən 30 faiz artıb

22 Sentyabr 2018 14:24
0 Şərh     Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Azərbaycanda Avropa şirkətlərinin sayı 300-dən 385-ə qədər artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikasında (NMR) Avropa İttifaqı Gününə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, Aİ ilk dəfə olaraq Naxçıvanda belə genişmiqyaslı tədbir təşkil edib. Bu tədbirdə Aİ-nin 17 səfiri də daxil olmaqla, 60 nümayəndəsi iştirak edir.

K.Yankauskas əlavə edib ki, bəzi Avropa şirkətləri artıq NMR-da fəaliyyət göstərir və enerji, kənd təsərrüfatı kimi sahələrə sərmayələr yatırırlar.

Nümayəndəliyin rəhbəri daha sonra qeyd edib: "Aİ Azərbaycanın böyük tərəfdaşıdır. Aİ Azərbaycanın həm neft, həm də qeyri-neft sektorunda böyük sərmayəçidir. Biz Azərbaycanı etibarlı tərəfdaş kimi çox yüksək qiymətləndiririk".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.