İqtisadiyyat

Azərbaycan neftinin son qiyməti

20 Sentyabr 2018 23:38
0 Şərh     Baxış: 1 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 19-da 80,69 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,03 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 19-da 79,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 19-da 77,51 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 19-da 79,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,11 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.