İqtisadiyyat

Pambığın alış qiyməti artırılıb - VİDEO

20 Sentyabr 2018 21:12
1 Şərh     Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pambığın alış qiyməti artırılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, pambıq istehsalı ilə məşğul olan fermerlərin maddi rifahının yaxşılaşdırılması və məhsul istehsalına həvəsləndirilməsi məqsədilə pambığın alış qiymətinə 50 manat əlavə olunub.
Bu il ölkə üzrə 260 min ton pambıq yığımı nəzərdə tutulub . Ümumi hesablamalara görə, pambıq istehsalı ilə məşğul olan fermerlər bu il əlavə olaraq 12-13 milyon manat qazanc əldə edə biləcəklər.
Pambıq yığımı üçün yeni texniklar da gətirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun sözlərinə görə, yaxın günlərdə kütləvi pambıq yığımı aksiyasına başlanılacaq.
Qeyd edək ki, bu il ölkə üzrə 132 min hektar ərazidə pambıq əkilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Pambığın alış qiyməti artırılıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.