İqtisadiyyat

Bağçalara və xəstəxanalara ərzaq verilib - VİDEO

18 Sentyabr 2018 21:16
1 Şərh     Baxış: 1 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC bağçalara və xəstəxanalara dövlət sifarişi ilə ərzaq məhsullarının çatdırılmasını davam etdirir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu dəfə isə Cəmiyyət tərəfindən Mingəçevirdə fəaliyyət göstərən bağçalara yeni kəsilmiş heyvan əti, kartof, çuğundur, kələm və digər məhsullar paylanılıb. Qeyd edilib ki, bütün məhsullar yerli istehsaldır. Bildirilib ki, Mingəçevir şəhəri üzrə uşaq bağçalarına 2017-ci ildə 576 ton, 2018-ci ildə isə 311 ton ərzaq təminatı həyata keçirilib. Ümumilikdə isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq təlabatının təmin edilməsi üçün ölkə üzrə 1865 sayda təchizat nöqtəsi yaradılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bağçalara və xəstəxanalara ərzaq verilib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.