İqtisadiyyat

Türkiyə iqtisadiyyatı: indi nə olacaq?

20 Sentyabr 2018 23:34
1 Şərh     Baxış: 1 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötәn hәftә Türkiyә Mәrkәzi Bankı faiz dәrәcәlәrini artırıb. Faiz dәrәcәlәrinin artırılması mәzәnnәyә müәyyәn tәsir göstәrib.

Bu proses әrzindә Türk lirәsinin dollar qarşısında bir qədər  dәyәr qazandığı müşahidә olunub. Lakin mәzәnnәdә bәlli stabilliyin yaşandığını deyә bilmәrik. Bu istiqamәtdә ciddi addımların atıldığını vurğulasaq sәhf etmiş olmarıq.

Milli.Az TRT-yə istinadən bildirir ki, Mərkəzi Bankın qәbul etdiyi  625 xallıq artım qərarı ilə həftəlik sәhm faizlәri  17.75-dәn  24-ә yüksәlib. Faiz nisbәtindә olan artımlar mәzәnnәdә müәyyәn dәrәcәdә hәrәkәtliliyә sәbәb olub vә Türk lirәsinin dollar qarşısında dәyәr qazandığı müşahidә olunub. Ancaq məlum olduğu kimi faiz dәrәcәlәrindәki artımların  mәzәnnә  üzərindəki təsirləri qısa müddətlidir.

Digər tərəfdən, bu qərarı bir də investorlar baxımından  da qiymәtlәndirmәliyik.

Yüksək faizlərin real sektor qarşısında bir maneə olaraq dayandığını  və investisiyaları lәngitdiyini  nəzərə alsaq bu proses әrzində investorların dözümlülük mübarizəsi aparmalarının vacibliyini vurğulamaq lazımdır.

Nəticədə avqust ayında mәzәnnәyә edilәn spekulyativ hücumlar Türkiyə iqtisadiyyatının dinamikası ilә uyğun olmayan nəticələr ortaya qoymuşdur.

Mәzәnnәdә yaşanan hәrәkәtliliyin heç bir makroiqtisadi göstәricilәrlә izahı yoxdur.

Buna görə də Türkiyə iqtisadiyyatına qarşı bu təşəbbüsün mənfi təsirlərinin ən qısa zamanda aradan qaldırılması üçün  önәmli addımlar atılır.

Qәnaәt planı çәrçivәsindә  dövlət qurumlarının boş olan dövlət binalarına köçürülmәsi, dövlәt qurumları tәrәfindәn istifadә olunan avtomobillәrin istifadәsinin mәhdudlaşdırılması planlaşdırılır. Bütün bunlar olduqca yerində və lazımlı addım  kimi qiymәtlәndirilә  bilər.

Digər tərəfdən, açıqlanan ''Orta Müddətli Proqram"ın  bu çərçivədə mövcud problemlərin düzgün təsbiti vә hәlli üçün bazarlara dəqiq bir tablo tәqdim etdiyini deyә  bilәrik.

Türkiyә iqtisadiyyatına edilәn hücumlara vә oynanan oyunlara verilәn cavabların son dәrәcә yerindә olduğununü söyləmək lazımdır.

Beləliklə, mövcud tarazlanma dövrünün arxasından daha güçlü vә  möhkəm quruluşa malik olan  Türkiyə iqtisadiyyatı davamlı vә sabit böyümə hədəflərinə əmin addımlarla irәlilәyәcәk.

2018-ci ilin ikinci rübündә 5.2 % inkişaf edәn Türkiyә iqtisadiyyatı ilin ilk yarısında tәxminәn 6 %artıb. 2016-cı ildә hәyata keçirilәn uğursuz çevriliş cәhdi vә geosiyası risklәri nәzәrә alsaq Türkiyә iqtisadiyyatı son dәrәcә әhәmiyyәtli irәlilәyişlәrә imza atıb.

Nəticə etibarilə Türkiyənin  iqtisadiyyatına edilәn hücumların öhdəsindən də ən güclü şəkildə gələcəyinə şübhәmiz yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.