İqtisadiyyat

Dollar ucuzlaşır, avro möhkəmlənir, amma...

14 Sentyabr 2018 13:51
0 Şərh     Baxış: 4 360

Dünya bazarında dolların məzənnəsi aparıcı ölkələrinin valyutalarına nisbətən bu ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb.

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, səbət valyutalara nisbətən dolların dəyər itirməsi inkişaf etməkdə olan ölkələrin də valyutalarına "müəyyən toxtaqlıq" gətirib:

"Avropa Birliyinin avronun qlobal bazarda dominantlığının artırılması ilə bağlı çağırışları fonunda avro da dollara nisbətən möhkəmlənib. Belə ki, dünən 1 avro almaq üçün 1,16-dan az dollar ödəmək lazım idisə, indi bu rəqəm 1,17-ə dəyişib. Azərbaycan Mərkəzi Bankı da bu gün manatı avroya nisbətən ucuzlaşdırıb. Belə ki, manatın avroya nisbətən rəsmi məzənnəsi dünən 1,9762 idisə, bu gün 1 avro almaq üçün 1,9883 AZN ödəmək lazımdır. Bu isə o deməkdir ki, hər 100 avroda mili valyutamız rəsmi məzənnə ilə 1,21 manat ucuzlaşıb. Dolların qlobal ucuzlaşması Rusiya rubluna da təsir edib. 2 gün öncə dollara nisbətdə 70 rublluq psixoloji həddi aşan Rusiya pulu bu gün dollara nisbətən 68,4 rubladək möhkəmlənib".

Bununla belə, ekspert hesab edir ki, dolların səbət valyutalara nisbətən mövqeyini yaxın günlərdə bərpa edəcəyi gözlənilir: "Belə ki, ABŞ-da avqust ayının inflyasiya göstəriciləri açıqlandıqdan sonra FED-in uçot stavkasını yüksəltməsi ehtimalları daha da artıb. Bu isə yenidən dollara güc verəcək. Amma Avropa Birliyi avronın qlobal dominantlığı ilə bağlı sistemli iş apararsa, o zaman avronun daha da möhkəmlənməsi müşahidə edilə bilər".

İlkin İzzət
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.