İqtisadiyyat

Vaşinqton Rusiyanın qaz kəmərini hədəf seçdi

13 Sentyabr 2018 23:52
0 Şərh     Baxış: 1 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ energetika naziri Rik Perri bildirib ki, Vaşinqton Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, söhbət Rusiyanın energetika sektoru, habelə "Şimal axını-2" qaz kəmərindən gedir.

Nazir bildirib ki, sözügedən boru xəttinin inşasının davam etdiriləcəyi halda yeni sanksiyalar qaçılmaz olacaq.

ABŞ maliyyə nazirinin köməkçisi Marşall Billinqsli isə Vaşinqtonun Rusiyanın "Suxoy" şirkətinə qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirdiyini deyib. Onun sözlərinə görə, ABŞ sözügedən şirkətin istehsal etdiyi təyyarələrdən Suriyada günahsız insanlara qarşı kimyəvi hücumlarda istifadə olunacağından narahatdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.