İqtisadiyyat

Azərbaycan nefti bahalaşır

13 Sentyabr 2018 23:19
0 Şərh     Baxış: 752

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 81,5 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 1,21 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 80,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,22 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 12-də 77,92 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,23 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 12-də 79,19 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,26 dollar/barel çoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.