İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

10 Sentyabr 2018 23:42
0 Şərh     Baxış: 1 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 77,88 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,02 dollar/barel azdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 77,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 7-də 74,45 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,05 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 7-də 75,51 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.