İqtisadiyyat

SOCAR-ın Türkiyədəki neft emalı zavodu ilin sonundan Rusiya nefti ilə təchiz olunacaq

1 Sentyabr 2018 17:11
Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində "Rosneft" Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru İqor Seçin və SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyədəki "STAR" neft emalı zavoduna Rusiya neftinin təchiz olunması barədə kontrakt imzaladılar.

Milli.Az bildirir ki, SOCAR-dan Trend-ə verilən məlumata görə, sənəd 23 avqust 2018-ci il tarixində imzalanmış neft təchizatı haqqında Çərçivə Razılaşmasının şərtlərinə əsasən imzalanmışdır. Kontraktın şərtlərinə görə, 2018-ci ilin dekabr ayından etibarən 1 il ərzində zavodun 1 milyon ton neftlə təchiz olunması nəzərdə tutulur.

"Star" zavodunun Rusiya nefti ilə təchiz olunmasına dair imzalanmış bu kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün təminat yaradacaq.

KİV üçün qeyd: "SOCAR Turkey" şirkətinə məxsus olan "STAR" neft emalı zavodu Türkiyədə İzmir şəhərinin yaxınlığına Ege dənizinin sahilində yerləşir. "STAR" neft emalı zavodunun istismara verilməsi 2018-ci ilin oktyabr ayına planlaşdırılır. "STAR" neft emalı zavodunun emal gücü ildə 10 milyon ton təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.