İqtisadiyyat

"Bank of Baku" və "Bakcell Ulduzum"la xaricə səyahət lotereyasının qalibləri məlum oldu!

30 Avqust 2018 11:18
Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dubaya səyahət qazandıran "Bank of Baku və Bakcell Ulduzumla xaricə səyahət" adlı stimullaşdırıcı tirajlı lotereyanın qaliblərinin adları məlum oldu.

Ölkənin aparıcı banklarından olan "Bank of Baku" və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi lotereyanın uduş fondu 27 avqust 2018-ci il tarixində Bank of Baku-nun BoB Akademiya ofisində oynanıldı.
Media nümayəndələrinin, Bank of Baku və Bakcell şirkətinin əməkdaşlarının iştirakı ilə keçirilən uduşda qaliblər avtomatik qaydada xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında təyin olundu.  

Seçim nəticəsində lotereyada iştirak hüququ qazanmış Bakcell abunəçisi olan Bank of Baku-nun minlərlə müştəri arasından Kamran Şamiyev adlı iştirakçı əsas mükafatın - Dubaya 1 nəfərlik səyahət paketinin sahibi oldu. Səyahət paketinə Dubaya gediş-dönüş uçuş bileti, transfer xidməti, səyahət sığortası və oteldə 3 gecə 4 günlük istirahət daxildir. İkinci yerin qalibi isə Bank of Baku-nun müştərisi Yamən Fərzəliyeva "iPhone" mobil telefonu qazandı.

Qeyd edək ki, şərtlərə əsasən lotereyanın keçirildiyi dövrdə Bank of Baku-nun xidmətlərindən faydalanan Bakcell abunəçiləri Bankın təqdim etdiyi xüsusi endirimlərlə yanaşı, eyni zamanda Bakcell-dən pulsuz danışıq dəqiqələri və internet paketi hədiyyə qazanıblar. 

Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
www.facebook.com/bankofbaku 
www.ulduzum.az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.