İqtisadiyyat

Bazarda vəziyyət gərgindir: Enişin səbəbi nədir?

25 Avqust 2018 22:25
0 Şərh     Baxış: 2 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin kriptovalyutalar üçün çətin keçdiyi məlumdur. Yeni ilə böyük coşğuyla daxil olan kriptovalyutalar il ərzində nəticələri ilə xəyal düşkünlüyü yaratdılar. Bazarda ard-arda gələn enişlərdən sonra hamı növbəti enişin nə zaman olacağını gözlədi. Bəs belə enişlərin səbəbləri nədir?

Milli.Az kripto.az-a istinadən bildirir ki, kriptovalyuta bazarı son 24 saatda təxminən 30 milyard dollar dəyər itirib. Dünən 219 milyard dolar dəyərə malik olan bazar hazırda 189 milyard dollaradək geriləyib. Altcoinlərin böyük enişindən sonra Bitcoin-in bazar payı 54%-ə yüksəlib.

Bu ay 3 dəfə ilin ən aşağı səviyyəsi qeydə alınıb. Bazar 3 həftədən də az müddətdə 110 milyard dollara yaxın dəyər itirib. Başqa şəkildə desək, kriptovalyuta bazarı qısa vaxtda 37% geriləyib. Bitcoin-də isə bu eniş 27%-dir. İyulda 8350 dollara qədər yüksələn BTC hazırda 6130 dollara əməliyyat görür.

Ardıcıllıqla yaşanan enişlərdən sonra investorlar arasında FUD (qorxu, qeyri-müəyyənlik, şübhə) mühitinin olduğunu söyləyə bilərik. Ripple, Ethereum, Cardano, IOTA, Tron, Neo, Binance Coin, VeChain və 0x kimi kriptovalyutalar gün ərzində 20%-ə qədər itkiyəməruz qalıb.

Enişin səbəbləri nə ola bilər?

SEC-ə edilən Bitcoin ETF müraciətləri enişdən əvvəl çox müzakirə olunurdu. Əksər mütəxəssisin fikrincə, SEC-in bəzi ETF qərarlarını təxirə salması və Vinklevoss qardaşlarının müraciətini ikinci dəfə rədd etməsi bazardakı enişə səbəb ola bilər.

Digər tərəfdən, məsələyə fərqli yanaşan mütəxəssislər də var. Təcrübəli bazar analitiki Matti Qrinspan açıqlamalarında əsas diqqəti dollara çəkir. Qrinspan bunları bildirib:

"Kriptovalyuta bazarının enişi dolların dolların dəyər qazanmasının yan təsiri ola bilər".

Bazardakı bəzi analitiklərə görə, son 2 gündə yaşanan enişin xərci Ethereum-a aiddir. Bəzilərinin fikrincə, ICO layihələri ayı bazarı davam etdiyi halda aktivlərinə likvidlik təmin etmək üçün ETH-lərini satdı. Məlum olduğu kim ETH bir gecədə 18.5% ucuzlaşaraq 260 dollar olmuşdu.

Bu eniş əksər investoru məmnun etməsə də, Bitcoin və Ethereum-un uzun perspektivdə uğurlu tablolar yaratdığı görünür. Gözlənilənlərin baş tutmaması istifadəçiləri pessimist duruma salır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.