İqtisadiyyat

Mənzil bazarında vəziyyət necədir? - VİDEO

21 Avqust 2018 21:19
1 Şərh     Baxış: 1 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mənzil bazarında qiymət artımı yaşanır. Bahalaşma daha çox ilkin mənzil bazarında və köhnə tikililərdə müşahidə edilir. Ekspertlər bu tendensiyanın hələ bir müddət davam edəcəyini proqnozlaşdırırlar

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ilin əvvəlindən indiyədək mənzil bazarında 5 faiz bahalaşma müşahidə edilir. Əmlak əksperti Nüsrət İbrahimovun sözlərinə görə bahalaşma daha çox köhnə mənzillərdə yaşanır.

Nüsrət İbrahimov deyir ki, qiymət artımına ilkin mənzil bazarında daha çox rast gəlinir. Evlərin bahalaşmasının müxtəlif səbəbləri var. İlk növbədə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsidir. İkinci səbəb tikinti materiallarının qiymətinin artmasıdır

Nüsrət İbrahimovun sözlərinə görə hər kvadratmetr tikinti sahəsinə düşən boş torpaq sahəsində ildən-ilə azalma var. Bu da öz növbəsində satılan mənzillərin qiymətini qaldırır.

Şəhərin mərkəzindəki mənzillərin qiymətində heç bir dəyişiklik yoxdur. Qiymət dəyişikliyi kütləvi yaşayış məntəqələri sayılan üçüncü zonada baş verib.

Ekspertlər bahalaşmanın hələ bir müddət davam edəcəyini proqnozlaşdırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənzil bazarında vəziyyət necədir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.