İqtisadiyyat

İsrail qazlı sudan milyardlar qazandı

20 Avqust 2018 19:59
0 Şərh     Baxış: 1 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Pepsi" brendinin sahibi olan "PepsiCo" konserni İsraildəki "SodaStream International" korporasiyasını satın alır.

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, "Pepsi" bu minvalla yeni texnologiyalara yiyələnəcək.

İsrail şirkəti üçün amerikalılar 3,2 milyard dollar ödəyəcəklər.

"Pepsi" plastik tullantılarla mübarizənin gücləndiyi bir dövrdə sifonlar vasitəsilə evdə sərinləşdirici içki hazırlanması texnologiyasına yiyələnmək istəyir.

Həmin texnologiyanı "SodaStream"in banisi Qay Cilbi 1903-cü ildə kəşf edib.

Sifonlarla yanaşı, İsrail şirkəti hazır içkiyə dad verən xüsusi siroplar buraxır.

2014-cü ildə analoji anlaşmanı "Pepsi"nin əsas rəqibi "Coca Cola" gerçəkləşdirmişdi. "Coca Cola" 1,25 milyard dollara "Green Mountain Coffee Roasters" şirkətini almış, evdə qazlı içki hazırlanması texnologiyasına sahiblənmişdi. Lakin məhsula tələbat az olduğundan "Coca Cola" iki il sonra sifon istehsalını dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.