İqtisadiyyat

Kəskin istilər limonun məhsuldarlığına təsir edib - VİDEO

18 Avqust 2018 21:04
1 Şərh     Baxış: 1 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yayda havanın həddən artıq isti keçməsi Astaranın sitrus bağlarına təsir edib. Limon ağacları həm az bar verib, həm də limonun ölçüləri kiçilib. Fermerlər oktyabr ayında yetişəcək məhsulun qiymətinin artacağı, yaxud azalacağı barədə hələki bir şey deyə bilmirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Astara rayonunda bu il limonunun məhsuldarlığı aşağı olub.

Təsərrüfatlar bildirir ki, uzun illərdir limon əkib-becərməklə məşğuldurlar. Bu il isə bağlarda məhsuldarlıq bir qədər aşğıdır. Fermerlər məhsulun az olamsının səbəbini yay aylarında havaların çox isti keçməsi ilə əlaqələndirirlər.

Limon ağaclarının üstündə barı azdır.Bundan əlavə limonun ölçüləri də kiçilib. Bu isə bir başa sahibinə təsir edir.

Qeyd edək ki, Astara limon bağlarında məhsul dəriminə oktyabr ayından başlanacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kəskin istilər limonun məhsuldarlığına təsir edib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.