İqtisadiyyat

Türkiyə neft və neft məhsullarının idxalını azaldıb

18 Avqust 2018 20:04
0 Şərh     Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin neft və neft məhsulları idxalı azalıb. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, iyunda ölkənin neft və neft məhsulları idxalı keçən ilin eyni ayına görə 3,6 faiz azalaraq 3 milyon 388 min ton olub. Ötən ilin eyni dövründə bu göstərici 3 milyon 515 min ton təşkil edib.

Türkiyənin xam neft idxalı isə 8,77 faiz azalaraq 1 milyon 832 min ton təşkil edib. Hesabat dövründə Türkiyə ən çox İraq (646 min ton), Rusiya (378 min ton) və İrandan (287 min ton) xam neft alıb.

Sözügedən dövrdə ölkənin neft məhsulları istehsalı 14,1 faiz azalaraq 2 milyon 178 min ton olub. İyun ayında aviasiya yanacaqlarının ixracı əvvəlki ilin eyni ayına görə 0,7 faiz artaraq 353 min 399 ton, gəmi yanacağının ixracı isə 8 faiz azalaraq 65 min 842 ton təşkil edib. Bu dövrdə Türkiyənin benzin ixracı 12,5 faiz azalaraq 208,220 ton təşkil olub.

Beləliklə, neft bazarında digər məhsullarla birgə ümumi ixrac da 15,8 faiz azalaraq 673 min 412 ton olub. Türkiyənin neft məhsulu satışları iyunda 2017-ci ilin eyni ayına görə 7,1 faiz artaraq 2 milyon 535 min tona yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.