İqtisadiyyat

Türkiyə “iPhone”u boykot edir

16 Avqust 2018 23:59
0 Şərh     Baxış: 1 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə pərakəndə satışla məşğul olan ticarətçilər ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq çağırışından sonra "iPhone" smartfonlarını almaqdan imtina ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ankara bu üsulla Vaşinqtonun tətbiq etdiyi sanksiyalara və rüsumlara cavab verməyə hazırlaşır.

İnternet vasitəsi ilə satışları həyata keçirən "Dogubank" artıq oktyabr və noyabr üçün ümumi dəyəri 50 milyon dollar təşkil edən "iPhone" sifarişlərini ləğv edib.

Boykot digər elektronika məhsullarına da, - daha az miqyasda, -  şamil olunur.

Avqustun 14-də Ərdoğan Türkiyə vətəndaşlarını Amerika məhsullarından imtina etməyə çağırıb.

"Apple" məhsullarına üstünlük verənlərə prezident "Samsung" şirkətinin məhsullarına keçməyi tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.