İqtisadiyyat

Kartların qiyməti əridi! 90%-ə qədər endirimlər!

16 Avqust 2018 14:55
Baxış: 1 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank müxtəlif xidmət və məhsullar üzrə endirim kampaniyalarını davam etdirməkdədir.
"Yay endirimləri" adlanan növbəti kampaniyada ödəniş kartlarının əldə edilməsində 90% endirim nəzərdə tutulmuşdur. Belə ki, 15 avqust-15 sentyabr tarixləri ərzində müştərilər tarif üzrə qiyməti 10 manat olan Visa Electron kartını 1 manat, qiyməti 15 manat olan Visa Classic kartını 3 manat ödəməklə əldə edə biləcəklər.

Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud http://azerturkbank.az/online/card/ saytından onlayn sifariş vermək olar. Sifariş üç iş günü ərzində yerinə yetirlir.

Əlavə məlumat üçün www.azerturkbank.az saytına, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrinə, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.