İqtisadiyyat

Bitkoin bahalaşıb

16 Avqust 2018 08:03
0 Şərh     Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bahalaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bitkoin bu gün 6,3 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 5,25% artaraq 6,338 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də bahalaşıb. Belə ki, "Ethereum" 5,58% və ya 282,5 dollaradək, "Ripple" 8,38% (0,2842 dollara qədər), "Bitcoin Cash" isə 4,53% (517,78 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 203,93 milyard dollar təşkil edir və bunun 53,5% faizi bitkoinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.