İqtisadiyyat

Qeyri-sabit hava kənd təsərrüfatına ziyan vurub - Sahələrdə lil qalıb

14 Avqust 2018 20:07
0 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatına da ziyan vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Zaqatala Rayon İcra Hakimiyyətinin Kənd təsərrüfatı və bitkiçilik şöbəsinin müdiri Vaqif Şabanovun verdiyi məlumata görə, rayon ərazisinə yağan leysan yağışlar nəticəsində əkin sahələrinə xeyli ziyan dəyib.

V.Şabanov bildirib ki, yağış suları əsasən fındıq, yonca, qarğıdalı və soya sahələrinə zərər vurub:

"Həmin ərazilərdən su çəkilsə də, lil qatı qalmaqdadır. Əkin sahələrində 30-40 santimetr lil var. Lil olduğundan texnika tarlalara girə bilmir".

İcra Hakimiyyətinin rəsmisi qeyd edib ki, rayon Fövqəladə Hallar Komissiyası hazırda dəymiş ziyanın hesablanması ilə məşğuldur, yekun rəqəmlər yaxın günlərdə açıqlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.