İqtisadiyyat

Azərbaycan ötən ay Ukraynadan şəkər idxalını azaldıb

14 Avqust 2018 08:47
0 Şərh     Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan cari ilin iyul ayında Ukraynadan şəkər idxalını 50 faizə yaxın azaldıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Ukrtsukor" assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan iyulda ötən aya nisbətdə (iyunda 5 faiz) 11 min 10 ton şəkər idxal edib ki, bu da ümumi ixracın 3 faizini təşkil edir.

Ukrayna istehsalçıları cari marketinq ilinin iyul ayı ərzində ümumilikdə 36,7 min ton şəkər ixrac ediblər ki, bu da ötən ayla müqayisədə 46 faiz azdır.

İyulda əsas tədarük Özbəkistana həyata keçirilib - 89 faiz. Həmçinin Moldovaya 4, Tacikistana isə 2 faiz şəkər ixrac olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.